03 May 2024 14:33

Fərqliliyimiz Uğurumuzdur

Bayram tətilində heç bir məhdudiyyət olmayacaq – Rəsmi

“Qarşıdan gələn bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq”.

Azadsöz.az  xəbər  verir  ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, yalnız ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq: “Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıdır”.

Xatırladaq ki, Ramazan bayramı günlərində ictimai nəqliyyat işləməyəcək. Nazirlər Kabinetinin qərarı ilə 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.