Azadsöz.az xəbər verir ki, Türkiyənin Bingöl əyalətində 3,6 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Karlıova rayonunda yerli vaxtla saat 00:27-də olub. Zəlzələ ocağı 10,3 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat qeydə alınmayıb.