Azadsöz.az xəbər verir ki, Əməkdar jurnalist Nəsimi Nəbizadənin narkotik vasitələrin satışında şübhəli bilinərək saxlanılması ilə bağlı sosial şəbəkələrdə xəbərlər yayılıb.
DİN-in mətbuat xidmətinin şöbəsi rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
Qeyd edək ki, Əməkdar jurnalist, əvvəllər AzTV və APA TV-də çalışıb.