27 İyul 2024 03:29

Bakının bu yerində Müslüm Maqomayevin heykəli ucaldılacaq

Azadsöz.az  xəbər  verir  ki,  görkəmli sənətkar, Xalq artisti Müslüm Maqomayevin heykəlinin hazırlanması prosesinə başlanılıb.

Bu barədə heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarov məlumat verib. O, heykəlin bürüncdən tökülmə mərhələsində olduğunu deyib:

“Heykəlin hazırlanması üzərində işlər artıq gedir, bürüncdən tökülmə mərhələsindədir. Yəqin ki, yaxın günlərdə yekunlaşacaq. Amma nə vaxt quraşdırılacağını deyə bilmərəm. Çünki postamentin hazırlanmasına müəyyən vaxt lazımdır”.

Xalq rəssamı heykəlin Dənizkənarı Milli Parkda ucaldılacağını vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.