27 İyul 2024 04:12

Azərbaycanın qaytardığı erməni hərbçilər Ermənistana çatdı-FOTO

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycanın humanizm prinsiplərinə uyğun olaraq Ermənistana qaytardığı üç erməni hərbçi – Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanı daşıyan təyyarə Yerevanın “Erebuni” hava limanına eniş edib.

Bunu Ermənistan parlamentinin üzvü Nazeli Baqdasaryan özünün feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, artıq hər üç şəxs Yerevan şəhərinə aparılıblar və tibbi müayinədən keçirilirlər. Eyni zamanda, erməni hərbçilər yaxınları ilə telefonla da danışıblar.

Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov müşayiət edib.

Azərbaycanın qaytardığı erməni hərbçilər İrəvana çatdı -FOTO

 

Azərbaycanın qaytardığı erməni hərbçilər İrəvana çatdı -FOTO