27 İyul 2024 04:07

Millimizin Türkiyə ilə oyununun başlama saatı müəyyənləşib

Azadsöz.az  xəbər  verir ki, mayın 27-də keçiriləcək Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun başlama saatı müəyyənləşib.

Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma  yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.