Azadsöz.az xəbər verir ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun əmri ilə, Məmmədov Şaiq Seyfəddin oğlu başçının birinci müavini vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Neftçala RİH-nin başçısının sabiq birinci müavini Vurğun Əkbərov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı.