25 Noyabr 2024 07:43

Azərbaycanda iki dəfə zəlzələ oldu

Azadsöz.az  xəbər  verir  ki, Ağstafada gecə və səhər iki dəfə zəlzələ  olub.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 km şimal-şərqdə Ağstafa rayonunda 3,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, bu, Ağstafada son bir neçə saat ərzində qeydə alınan ikinci zəlzələdir. Bu gecə ərzində Ağstafa rayonunda ilk təbii hadisə saat 1:21-də qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə olub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul