Azadsöz.az xəbər verir ki, bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.İkinci Qədr gecəsi mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir.Ramazan ayının üçüncü Qədr gecəsi mayın 5-də və sonuncusu isə mayın 9-da olacaq.
Mayın 1-dən 2-nə keçən gecə isə Ramazan ayının ilk Qədr gecəsi keçirilib.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Xatırladaq ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb.