Azadsöz.az xəbər verir ki, Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasının ölkəyə gətirilib.
Bunu hava limanında olan jurnalistlərə səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
İlkin olaraq 40 min doza peyvəndi daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Vaksini gətirən təyyarəni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doz “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.