23 Noyabr 2024 01:52

Bu tarixdə Sofiyada güləş üzrə təsnifat turniri keçiriləcək

Azadsöz.az  xəbər  verir  ki, 6-9 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək. Bu yarışda 84 ölkədən 474 güləşçi Olimpiadaya 36 lisenziya üçün mübarizə aparacaq.

Azərbaycan bu yarışda 13 lisenziyaya iddia edəcək. Uzun müddətdən sonra Olimpiya, ikiqat Avropa mükafatçısı və dünya çempionu Rəsul Çunayev güləş döşəyinə qayıdacaq. O, öz çəkisində lisenziya qazanmağa çalışacaq. Sərbəst güləşdə ikiqat dünya və beşqat Avropa mükafatçısı Camaləddin Məhəmmədovu isə gənc Vahid Qalayev əvəzləyəcək.

Artıq millimizin bu yarışda iştirak edəcəyi ilkin heyət bəllidir:

Sərbəst güləş: Georgi Edişeraşvili (57 kq), Əbubəkr Abakarov (86 kq), Vahid Qalayev (125 kq),

Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq), Rafiq Hüseynov (77 kq), Murad Lokyayev (97 kq), Beka Kandelaki (130 kq),

Qadın güləşi: Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq), Gözəl Zutova (76 kq).

Qeyd edək ki, Azərbaycan sərbəst güləşdə üç, yunan-Roma və qadın güləşində bir lisenziyanı əvvəlki iki yarışda təmin edib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul