Azadsöz.az xəbər verir ki, Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində olan əlavə tikintinin sökülməsinə başlanıb.Bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir. Hazırda binanın üzərində olan əlavə tikili Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülür.
Qeyd edək ki, sözügedən tikili 1908-ci ildə inşa edilib.