08 May 2024 06:32

Fərqliliyimiz Uğurumuzdur

Vətən müharibəsində itkin düşən zabitimizin şəhid xəbəri gəldi-FOTO

Azadsöz.az  xəbər  verir ki,  Azərbaycan Ordusunun Vətən müharibəsində 2020-ci ilin oktyabr ayında Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı itkin düşən leytenant Yusifov Əli Sülhəddin oğlunun nəşi aşkar olunub.

7 aydır itkin düşən şəhid zabitimizin atası Sülhəddin Yusifov bildirib ki, bu gün rayon hərbi komissarlığından ona  oğlunun nəşinin aşkar edildiyi haqqında məlumat veriblər.

Qeyd  edək  ki, şəhidin nəşi sabah – aprelin 30-da Naxçıvan Muxtar Respubpublikasının Şərur rayonunun Oğuz kəndinə yola salınacaq və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.