Azadsöz.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və səhiyyə naziri Fəxrəddin Qoca may ayında Rusiyaya rəsmi səfər edəcəklər. Bu barədə Çavuşoğlu bildirib.
“Səhiyyə naziri Fəxrəddin Qoca ilə Rusiyaya bir ziyarət planımız var. Səfərimizin Ramazandan sonra, may ayında reallaşması mümkün görünür”.
XİN rəhbəri vurğulayıb ki, Rusiya tərəfinin qəbul edəcəyi təqdirdə, ziyarət Qurban bayramı ərəfəsində, yəni 12 maydan əvvəl baş tuta bilər.