Azadsöz.az xəbər verir ki, Mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova Göyçay rayon Mərkəzi Kitabxanasına direktor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, polkovnik-leytenant Vidadi Xəlilov Vətən müharibəsində zamanı Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Noyabrın 1-də Laçın döyüşləri zamanı şəhid olub.
Polkovnik-leytenantı Vidadi Xəlilov Cəbrayılın,Qubadlının, Laçının azad olunmasında göstərdiyi qəhrəmanlığına,şücaətinə görə prezident İlham Əliyevin 24.12.2020 ( “Cəbrayılın azad olunmasına görə” ); 29.12.2020 ( “Qubadlının azad olunmasına görə”) ; 29.12.2020 (“Laçının azad olunmasına görə”)- ci il tarixli sərəncamına əsasən, medallarla təltif olunubdur.
Xatırladaq ki, prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən,Vidadi Xəlilov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.