Azadsöz.az xəbər verir ki, “Fənərbaxça”nın 26 yaşlı yarımmüdafiəçi Nazım Sanqare ötən gün “Kasımpaşa” ilə matçda (3:2) sıradan çıxıb. O, bu gün tibbi müayinədən keçib. Nəticədə futbolçunun 2 həftə yaşıl meydanlardan uzaqda qalacağı məlum olub.
Qeyd edək ki, Nazım bu mövsüm Superliqanın 19 matçında 1 qol vurub və eyni sayda qolun ötürməsini verib.