Azadsöz.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib.Müvafiq sənəd prezidentin rəsmi saytında dərc olunub.
Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəsindən istefa verib. Onun istefası Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədardır.