Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, xalq artisti, dosent Ömərova Həmidə Məmməd qızının doğum günüdür.Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub.
1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. 1979-1993-ci illərdə C. Cabbarlı adına “ kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib, “Azərbaycan kinosunda feminism”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə alıb.
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edir. 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalının aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifi olub.Şəfiqə (“Qızıl uçurum”), Çinarə (“Anlamaq istəyirəm”), Zümrüd (“Yol əhvalatı”), Zeynəb (“Babamızın babasının babası”), Telli (“Qorxma, mən səninləyəm”), Məleykə (“Üzeyir ömrü”), Nazlı (“Şirbalanın məhəbbəti”), xan qızı (“Dədə Qorqud oğuznamələri”), Elmira (“Dronqo”) və s. obrazlar yaradıb.
1986-cı ildə Respublika Lenin Komsomolu mükafatı laureatı olub.1988-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.2010-cu ildə Cəfər Cabbarlı mükafatını qazanıb.