26 Noyabr 2024 06:49

Milli Məclisdə yeni şöbə yaradılır

Azadsöz.az  xəbər  verir  ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv bütün ölkələrin parlamentlərinə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏTPA) üzv olmaq hüququ verilir. Bu, Milli Məclisin aprelin 27-də keçiriləcək iclasında təsdiq olunmaq üçün müzakirəyə çıxarılacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsində əksini tapıb.

Assambleya Ümumi konfrans, İcraedici Şura və Katiblikdən ibarətdir.

Sənədə əsasən, Assambleya İƏT-ə üv ölkələrin milli parlamentlərini təmsil edən –spikerlər-sədrlər və deputatlardan ibarət olmalıdır. Hər bir parlamentdə Assambleyanın bir şöbəsi yaradılır və parlamentin spikeri/sədri müvafiq olaraq bu bölmənin rəhbəri olur. Sədr tərəfindən təyin edilən baş katib və ya istənilən digər rəsmi şəxs bu bölmənin katibi olur.

Beləliklə, Nizamnamə təsdiqləndikdən sonra müvafiq olaraq Milli Məclisdə də Assambleyanın bir şöbəsi yaradılmalıdır.

Nizamnamədə bildirilir ki, ümumi konfransın təsdiqləməsi ilə istənilən digər bir parlament və ya təşkilata müşahidəçi statusu verilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul