Azadsöz.az xəbər verir ki, Rusiya Türkiyə ilə hava əlaqəsini məhdudlaşdırmağa hazırlaşır. Bu barədə TASS məlumat yayıb.
Məlumata əsasən, aprelin 15-dən etibarən iki ölkə arasında mütəmadi və çarter reysləri dayandırılacaq. Uçuşlara qadağa iyunun 1-dək qüvvədə olacaq.
Qeyd edək ki, Rusiyadan Türkiyəyə uçuşların məhdudlaşdırılması qardaş ölkədə koronavirusa yoluxanların sayının kəskin şəkildə artması ilə izah olunur.