03 May 2024 12:42

Fərqliliyimiz Uğurumuzdur

Əməkdar artist Nigar Şabanovanın anası komaya düşüb-FOTO

Azadsöz.az  xəbər  verir  ki, Əməkdar artist Nigar Şabanovanın anası komaya düşüb. Bu barədə sənətçi İnstaqram səhifəsində məlumat verib. O bildirib ki, anası günlərdir komadadır:

“Oyan qurban olum. Ana, gəlirəm. Nazlı qızım, aç gözünü, oyan, sən məni tək qoyub getmərsən, buna inanıram. Mənim atamdan, səndən başqa heç kimim yoxdur. Oyan, sən güclüsən, mən sənsiz çox yaşaya bilmərəm. Gözümün nuru, xanım anam, qolumu, qanadımı qırma. Anam komadadır, dua edin. Allah dualarınızı eşidər. İnanıram ki, məni həqiqətən sevənlər var. Bir neçə gündür ki, susuram, paylaşmıram, amma həqiqətən dualarınıza ehtiyacım var. Anamsız mən heç kiməm”.