Azadsöz.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə İstanbulda Huber köşkündə görüşüb.
Görüş çərçivəsində Türkiyə-Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi, azad iqtisadi ticarət müqaviləsi, regionda sülh və sabitliyin qorunması, Krım türklərinin həyat şəraitinin yaxşılaşdırılmasına aid layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılacaq. Dövlət başçıları Rusiya və Ukrayna arasında yaranan gərginliklə əlaqədar da müzakirələr aparılıb.
Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Səfər çərçivəsində Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da baş tutub.