02 May 2024 08:56

Fərqliliyimiz Uğurumuzdur

Qarabağda radionu bu telekanal açacaq

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.Qurumdan  “Azadsöz.az”-a verilən məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub, Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edibdir.

1.”Real Təhlil İnformasiya Mərkəzi” MMC;

2.”Caspian İnternational Broadcasting Company” MMC;

3.”Balans Studiyası” MMC;

4.”İNS ÇM” MMC;

5.”İsti Press” MMC;

6.”Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası;

7.”ARB 24″ MMC.

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Caspian İnternational Broadcasting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“CBC FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunubdur.

                                   

About The Author