Azadsöz.az xəbər verir ki, Hesablama Palatası ötən il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.
“Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, Fondda 13 hal üzrə nöqsan qeydə alınıb.
Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində 8, Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarında isə 5 hal üzrə nöqsan aşkar olunub.
Xatırladaq ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.