23 Noyabr 2024 01:41

Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki,  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Göyçay şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəxs Nağıyev Tərlan Məmmədtağı oğluna məxsus çörək və un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə sanitar-gigiyena qaydalarına əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçirilmədiyi aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul