18 May 2024 20:01

Mingəçevirdə bir məktəb koronavirusa görə bağlandı

Azadsöz.az  xəbər  verir  ki, Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəb yeni növ koronavirus infeksiyası səbəbindən bağlanılıb.Orta məktəbdə çalışan və təhsil alanlar arasında aparılan tibbi yoxlamalar zamanı COVID-19 virusuna yoluxanlara rast gəlindiyi üçün orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Dərslər onlayın şəkildə keçirilir.

Qeyd edək ki, şəhərin 7 saylı Rəşad Mirabov adına orta məktəbdə isə eyni səbəbdən 2 sinif bağlanılıb.