17 May 2024 07:12

Göyçayda “Zabitlər Bulağı”nın açılışı olub-FOTO

Azadsöz.az  xəbər  verir  ki,  rayonun Çaxırlı kəndində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə kəndin mərkəzində tikilmiş “Zabitlər Bulağı”nın açılışı  olub.Açılışda  Göyçay  rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə başda  olmaqla  kənd sakinləri, şəhidin yaxınları iştirak edib.

Açılışda çıxış  edən  rayonun  başçısı Mehdi Səlimzadə  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qısa vaxtda düşmən  üzərində əldə  etdiyi  tarixi qələbəni  vurğulayaraq, şəhidlərimizin xatirəsinin  xalqımızın qəlbində əbədi yaşayacağını qeyd  edibdir.

İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətə  toxunan  rayon  rəhbəri  Azərbaycan  Ordusunun  döyüş  əzmkarlığını bir daha  qeyd  edərək bildirib ki, xalqın birliyi  onun gücündən, cəsarətindən  xəbər  verir.

Tədbirin  sonunda  Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.