Azadsöz.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov kadr dəyişikliyi ilə bağlı əmr imzalayıb.Nazirin əmrinə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə Baş əməliyyat-müvəkkili, polis polkovnik-leytenantı Ramil Səfərəliyev vəzifəsindən azad olunub.
Vilayət Eyvazovun növbəti əmri ilə Ramil Səfərəliyev Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə müavini təyin edilib.