23 Noyabr 2024 07:47

Göyçayda videokonfrans keçirilib

Azadsöz.az  xəbər  verir  ki, ötən  gün  Göyçay  rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin  rəhbərliyi  ilə İnzibati ərazi dairəsi üzrə nümayəndələrlə videokonfrans keçirilib.Videokonfransda  rayon  icra  hakimiyyəti  aparatının məsul əməkdaşları, Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Bilalov, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri  növbəti videokonfransda  iştirak  ediblər.

Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi növbəti iclasından söz açaraq bildirib ki, iclas zamanı  ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti, yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunub, peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilibdir.

Daha  sonra  Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Bilalov çıxış edərək qeyd edib  ki, ölkəmizin bütün regionlarında olduğu kimi Göyçay rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Rayon üzrə indiyədək 5777, o cümlədən 2324 şəxs ikinci doza ilə peyvənd olunubdur.


Bununla  yanaşı  videokonfransda şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri rayon ərazisində baramaçılığın inkişaf etdirilməsi üçün yem bazasının yaxşılaşdırılması məqsədi ilə tut tinglərinin əkini və becərilməsi, quş qripi xəstəliyinin baş verməməsi üçün profilaktiki tədbirlərin görülməsi barədə məlumat verilibdir.

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul