18 May 2024 09:49

Azərbaycan “MosBuild 2021” sərgisində təmsil olunub

Azadsöz.az  xəbər  verir ki,  Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan şirkətləri məhsullarını “MosBuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edirlər.

Bu gün işinə başlayan sərgi, aprelin 2-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan qeyd olunan sərgidə artıq ikinci dəfədir təmsil olunur.

Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.