05 May 2024 15:49

Fərqliliyimiz Uğurumuzdur

Prezident İlham Əliyev Cəmil Əliyevlə bağlı sərəncam verdi

Azadsöz.az  xəbər  verir  ki,  Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cəmil Əziz oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatırladaq  ki,  Milli Onkologiya Mərkəzinin direktoru C. Əliyevin bu gün 75 yaşı tamam olur.