Azadsöz.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin Türkiyəyə səfər edəcəyi tarixin vaxtı müəyyənləşib.
Bu barədə Aİ Şurası prezidentin mətbuat katibi Barend Leyts “Twitter”də bildirib. Onun sözlərinə görə, Aİ rəhbərliyi növbəti həftə, aprelin 6-da Türkiyəyə səfər edəcəklər.
Səfər çərçivəsində Ursula von der Leyen və Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəklər.