Azadsöz.az xəbər verir ki, Rusiya 34 yaşlı azərbaycanlını İnterpol vasitəsilə axtarır. Bununla bağlı İnterpolun saytında elan yerləşdirilib.
Axtarılan şəxs Masallı rayonunun Kolatan kəndində doğulmuş, 1986-cı il təvəllüdlü Teymur Cəfərovdur.
O, terror təşkilatının fəaliyyətində iştirak və qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməkdə təqsirli bilinir.