Azadsöz.az xəbər verir ki, Balakəndə tikilən “BalaCans” MMC-nin meyvə emalı zavodunda hazırda son tamamlama işləri aparılır. Tikilən yeni meyvə emalı zavodunda ildə 1,5 mln. litr meyvə şirəsi istehsal etmək gücündə olan zavodda 80 iş yeri açılacaq.
Ümumi investisiya dəyəri 16,1 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 mln. manat güzəştli kredit verilib.
Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.