16 Sentyabr 2024 23:35

Tanınmış həkim qəzaya düşdü

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının həkimi olan V.İsmayıl 30-dan çox elmi məqalənin müəllifidir. O, Azərbaycan Uroloqları Assosiasıyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyətlərinin üzvü tanınmış həkim Vasif İsmayıl ötən gün axşam saatlarında qəzaya  düşüb.

Bu barədə həkimin özü sosial şəbəkədə məlumat paylaşıb:  “Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat ancaq olardı. Asfalt sürüşkən. Birdən ən öndəki qırmızı Jiquli nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə istanbul escort girdi.

Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldı.

Kəmər taxma alışqanlığım olmasa, yəqin, başımla şüşəyə dəyəcəkdim. Bu qədər yavaş sürətdə… Kəmər taxın – həyat qurtarır!”