22 Noyabr 2024 09:06

Mixail Saakaşvili 24 saatlıq Gürcüstana girişinə icazə istəyib

Azadsöz.az  xəbər  verir  ki,  Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili gürcü hökumətindən əhalinin reaksiyasını öyrənmək üçün onun 24 saatlıq ölkə ərazisinə girişinə icazə verməsini təklif edib.

Mixail Saakaşvili  bunu efirlərin birində deyib:

“Gəlin istintaq təcrübəsi keçirək. Məni ölkəyə buraxın, 24 saat cangüdənsiz küçələrdə gəzim. İnsanlara haqqımda öz fikirlərini sərbəst ifadə etməyə şərait yaradılsın. Niyə buraxmırlar? Ola bilər ki, mən gürcü torpaqlarına ayaq basan kimi hazırkı hakimiyyət özünə xalqın 5%-nin, mənə isə 70-75%-nin dəstək verəcəyini görəcək”.

Xatırladaq ki, Mixail Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Ona qarşı bir neçə cinayət işi açılıb və qiyabi həbs cəzaları verilib. 2015-ci ilin yazında Saakaşvili Ukrayna siyasətinə qoşulub və vətəndaşlıq alaraq Odessa vilayətinin qubernatoru olub. Ancaq 2016-cı ilin noyabrında ozamankı prezident Petro Poroşenkonun əmri ilə vəzifəsindən kənarlaşdırılıb. Poroşenko bunun Odessa vilayətinin iqtisadi vəziyyətinin pisləşməsi ilə əsaslandırıb. 2017-ci ildə Saakaşvilinin Ukrayna vətəndaşlığı əlindən alınıb.

Ancaq Vladimir Zelenski hakimiyyətə gəldikdən sonra 2019-cu ildə Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb və onu Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri təyin edib.

İstanbul trv istanbul travestileri