08 May 2024 04:52

Fərqliliyimiz Uğurumuzdur

Göyçay sakini itlərin hücumuna məruz qaldığından ölüb

Azadsöz.az  xəbər  verir  ki, hadisə  rayonun Qarabaqqal kəndində  baş  verib. Kənd  sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu Novruz bayramı günü axşam saatlarında qonşuların həyətinə papaq atarkən küçədə itlərin hücumuna məruz qalıb.

O, qaranlıq vaxtı köməksiz olduğu üçün itlərdən qorxub, halı pisləşib. Qorxu səbəbindən xəstələnən 10-cu sinif şagirdi müalicə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Arif 5 gün sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.