22 Noyabr 2024 12:14

Hərbçilərin ərzaqlarının Ukrayna bazarlarında satılması bağlı yayılan xəbərlərə-DSX-dən-AÇIQLAMA

“26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilib”.

Bu barədə Dövlət Sərhəd Xidmətindən  “Azadsöz.az”-a  daxil olan məlumatda bildirilir.

“Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır.

Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir”, – deyə açıqlamada qeyd olunub.

 

İstanbul trv istanbul travestileri