21 Noyabr 2024 20:42

Bu aktrisanın evindən telekanalın əməkdaşı oğurluq edib-FOTO

Azadsöz.az  xəbər  verir  ki,  aktrisa Çimnaz Soltanova “Lider” telekanalının əməkdaşı Zərif Əlixanovanın onun qızıllarını oğurlaması  ilə  bağlı  məlumatı  “Xəbər-ətər” verilişində  bildirib.

Aktirisa  qeyd  edib  ki, hadisə 3 il əvvəl olsa da, hələ də dələduz cəzalandırılmayıb:

“Üç ildir ki, evimdə oğurluq olub. Ən yaxın rəfiqəm brilyantlarımı oğurlayıb. Zərif Əlixanova “Lider” telekanalında işləyirdi. Həmin vaxt onla yaxın idim, hətta prodüserliyimi edirdi. Özü də izahat yazıb və boynuna alıb ki, özüm və qızım etmişik. Qızı uşaqdır, onun boynuna atır. Uşaq da durub deyir ki, mən etmişəm.


Bu adam dələduzluqla məşğuldur. Yeni il ərəfəsi çəkilişdən gəlmişdim. Həyat yoldaşımın aldığı 32 min avroluq sırğanı çıxarıb qoydum stolun üstünə. Hamı bilir ki, mənim keçmiş həyat yoldaşım professordu və Almaniyada həkim çalışırdı. Bir də mənə valideynlərimdən köhnə qızıllar qalmışdı. Onu belə götürüb aparıb”.

 

Çimnaz Sultanova STOP dedi - Niyə?

İstanbul trv istanbul travestileri