22 Noyabr 2024 06:35

“YAŞAT” Fondu daha bir şəhidin yeni doğulan körpəsinin adına hesab açıb

Azadsöz.az  xəbər  verir  ki,  daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz  Nadir Nadirlinin övladı Nadianın zəruri xərcləri YAŞAT Fondu tərəfindən qarşılanıb.


Fonddan  bildiirlib ki, bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.


Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

 

İstanbul trv istanbul travestileri