Azadsöz.az xəbər verir ki, Türkiyənin Bursa vilayətində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində çökmə ehtimalı ilə əlaqədar 7 binanın sakinləri təxliyə edilib. 60 ailə təhlükəsiz bölgəyə köçürülüb.
Əraziyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Binaların üçüncü mərtəbəyə qədər torpaq altında qaldığı bildirilib.