Azadsöz.az xəbər verir ki, Oğuzun Bayan kənd sakini Rəşid Baba oğu Babayevin yaşadığı evin həyətyanı sahəsindəki tövləyə gecə saatlarında canavarlar hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb.
Nəticədə canavarlar tövlədə olan 19 baş xırdabuynuzlu heyvana xəsarət yetirib, heyvanlardan 10-u tələf olub. Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.
Canavarların parçaladığı heyvanlar bu gün səhər saatlarında kəndin ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb, ərazi dezinfeksiya edilib.