Azadsöz.az xəbər verir ki, məhşur meyxanaçı Aydın Xırdalanlının vəfatından bu gün iki il ötür.Meyxanaçı Aydın Xırdalanlı 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Uşaqlıqda bəstəboy və arıq bir uşaq olan Aydın Xırdalanlı sözügedən qəsəbədə 1 saylı orta məktəbdə oxuyub.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında oxuyub. Qrup rəhbəri aktrisa Amaliya Pənahova olub.Dinə bağlı olan Aydın Xırdalanlı hələ tələbəlik illərindən namaz qılardı.Xırdalanda yerləşən Cümə məscidində azan vermək meyxanaçıya həvalə olunmuşdur.
Meyxanaçının müəllimi Azər Sani olubdur. Məhz şəxsi istedadı və ustadından aldığı dərslər sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı öyrənə bilibdir.Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi bacara bilirdi.Doğulduğu Xırdalan şəhərinin adını özünə təxəllüs götürən meyxanaçı, 1995-ci ildən meyxana deməyə başlayıbdır. Aydın Xırdalanlı 2001-ci ilə ANS telekanalının təşkil etdiyi “De gəlsin” yarışmasının qalibi olub.
Qaraciyər sirrozundan əziyyət çəkən sənətkar, 2019-cu il martın 23-də Xırdalan şəhərində Şah İsmayıl Xətai ilə bağlı sənədli filmə baxaraq vəfat edib.Meyxanaçı Xırdalan qəbiristanlığına dəfn olunub.