Azadsöz.az xəbər verir ki, Vətən müharibəsi ilə əlaqədar filmlərin çəkilişinə ötən il 10 milyon manat ayrılsa da, müsabiqə nəticəsində cəmi 4.4 milyon manat 40 filmin çəkilişinə xərclənib.
Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib. O bildirib ki, həmin filmlərin çəkilişi ilin sonuna qədər davam edəcək:
“Xarici ölkələrlə birlikdə filmlərin çəkilişinə gəlincə, TÜRKSOY-un xətti ilə Türk dünyasının ortaq filminin çəkilməsinə başlanıb. Bu “Molla Nəsirəddin” filmidir və kommersiya əsaslı olacaq. 2023-cü ildə dövlət tərəfindən kommersiya əsaslı filmlərə də dəstək göstərilməsi qərara alınıb. Bu sahədə inkişafa səbəb olacağını düşünürük”.