Azadsöz.az xəbər verir ki, Yuxarı Lars beynəlxalq keçid məntəqəsindən (Gürcüstan-Rusiya sərhədi) Gürcüstandan Rusiyaya gedən yol ağır yük maşınları üçün bağlıdır və Ermənistanın 630-dan çox yük maşını növbə gözləyir.
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən bildiriblər.
“Buzla əlaqədar olaraq Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib”, – məlumatda bildirilir.
Yol minik avtomobilləri üçün açıqdır. Ümumilikdə 2025 yük maşını növbədə qalıb.