14 Noyabr 2024 05:53

Niderland Krallığında 8 Noyabr – Zəfər Günü münasibətilə konsert keçirilib

Azadsöz.az xəbər verir ki , Niderland Krallığının Amsterdam şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə konsert keçirilib.

Bu barədə Diasporla İş üzrə dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Niderlanddakı Səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən konsert Muzey meydanında yerləşən tarixi “Concertgebouw”da (“Konsert Məkanı”) baş tutub.

Tədbirdə Azərbaycanın Niderlanddakı Səfirliyinin əməkdaşları, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, xarici ölkələrin səfirləri və diplomatik korpusların nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycan və türk icmalarının üzvləri, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

“Cəngi” etno-caz qrupunun ifasında Azərbaycan və dünya klassiklərinin əsərləri ilə yanaşı, Azərbaycan xalq və caz musiqiləri səsləndirilib.

8 Noyabr – Zəfər Günü münasibətilə Niderland Krallığında ilk dəfə keçirilən konsert tamaşaçılarda və yerli ictimaiyyətdə böyük maraq doğurub, incəsənət ustalarının çıxışı sürəkli və gurultulu alqışlarla qarşılanıb.

İstanbul trv istanbul travestileri