22 Noyabr 2024 18:55

Üçtərəfli Bəyanat Prezident İlham Əliyevin parlaq diplomatik qələbəsidir

2024-cü il noyabrın 10-da Azərbaycanın 44 günlük Vətən müharibəsini  qalibiyyətlə yekunlaşdıran tarixi Üçtərəfli Bəyanatın imzalanmasının 4 ili tamam olur.

10 noybar tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoymaqla yanaşı, eyni zamanda prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətini və şanlı ordumuzun rəşadətini bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının ən böyük sərvəti və dəyəri olan yenilməz birliyinin şahidi oldu. Vətən müharibəsində milli birliyimizi səciyələndirən ölkə rəhbəri deyirdi: “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm.

Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”

Ali Baş Komandanın uğurlu rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar düşməni elə bir vəziyyətə gətirdi ki, fərarilik və təslimçilik işğalçının yeganə qurtuluş yoluna çevrildi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Şuşanın azad olunmasından sonra hərb meydanında tam məğlub olan Ermənistanın siyasi hərbi hakimiyyəti prezident İlham Əliyevin təkcə güclü lider kimi deyil, həm də yenilməz sərkərdə olaraq bütün cəbhə boyu qalibiyyəti qarşısında rəzil durumda qaldı. Hərb meydanındakı parlaq zəfəri diplomatik müstəvidə Azərbaycan həqiqətlərini qəbul etdirmək uğuru ilə birləşdirən Ali Baş Komandan Ermənistanı faktiki olaraq kapituliyasiya dalanına gətirdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan ordusunun Zəfər savaşı nəticəsində imzalanan Üçtərəfli Bəyanat uzun illər dəyişməz qalan status-kvonu Azərbaycanın xeyrinə dəyişdi. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Regionda yeni siyasi reallıq yarandı.

Bir sözlə, 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanması ilə ölkəmizin bir sıra yeni siyasi, diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu.

Azadsöz.az

Ankara escort İstanbul Travesti Shemale İstanbul