Azadsöz.az xəbər verir ki, İmişli şəhərində köməkçi tikilidə yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İmişli Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Bildirilir ki, ümumi sahəsi 30 m² olan köməkçi tikilinin tavanı 9 m² sahədə, içərisində 1 ədəd məişət avadanlığı və 1 ədəd plastikdən ibarət qapısı yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.