Azadsöz.az xəbər verir ki, rayonun Parça Xələc kəndində yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Bildirilir ki, ümumi sahəsi 220 m² olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.