Azadsoz.az xəbər verir ki, hadisə Şəmkir şəhəri ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexlərinin birində qeydə alınıb. Ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb.
Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı avtomobil təmir sexinin lambirindən ibarət tavan hissəsi 15 kv.metrə yaxın hissəsi yanıb. Yanğın söndürülüb, ətrafdakı avtomobil və təmir sexi yanğından mühafizə edilib.
Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.